Qiymət artıranlar cərimələnəcək — 50 min manat, VİDEO

12-06-2015, 01:49           

“Hazırda satışdakı dəyərdən dəfələrlə yüksək qiymətə satılan dərmanlar var. Vahid qiymət sisteminin tətbiqindən sonra bu sahədə ciddi dəyişikliklər gözlənilir”.

Bu barədə Tarif şurasının katibi İlkin Məcidov deyib.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə təqdimatda bildirilib ki, qiyməti artıranlar 50 min manata qədər məbləğdə cərimələnə bilər.

Vahid dərman qiyməti praktikası ilk növbədə həyati vacib və daha çox tələb olunan preparatların qiymətlərinə tətbiq ediləcək. Vahid qiymət sisteminə əməl etməyənlər cərimələnəcək.

Ölkədə 4500-dən çox dərman vasitəsi dövlət qeydiyyatından keçib. Həmin dərmanlar dozadan və qablaşdırılmadan asılı olaraq 20 mindən artıq adda satılır. Bütün bu preparatların 10 xarici ölkə üzrə minimum qiyməti öyrəniləcək, həmin qiymət əsasında Azərbaycanda vahid qiymət formalaşdırılacaq. (xəzər xəbər)















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.