Dünyanı nüvə qışından qurtaran adam - Nüvə müharibəsinin qarşısını aldı və cəzalandırıldı
25-03-2017, 11:21
Sovet zabiti Stanislav Petrov 1983-cü ildə nüvə müharibəsinin qarşısını alıb. Sentyabrın 25-dən 26-a keçən gecə ABŞ-ın mümkün raket hücumu barədə xəbərdarlıq siqnalı işə düşdü və o, həyatının ən çətin və məsuliyyətli qərarlarından birini verməyə məcbur olub. Gidmir.ru bu barədə yazıb.
Sovet zabiti Stanislav Petrov 1983-cü ildə nüvə müharibəsinin qarşısını alıb. Sentyabrın 25-dən 26-a keçən gecə ABŞ-ın mümkün raket hücumu barədə xəbərdarlıq siqnalı işə düşdü və o, həyatının ən çətin və məsuliyyətli qərarlarından birini verməyə məcbur idi. 26 sentyabr 1983-cü ilin gecəsi bütün ölkə yatırdı. Bu vaxtları soyuq müharibə pik həddə çatmışdı, 2 həftə əvvəl təsadüfən SSRİ sərhədini pozduğu üçün Cənubi Koreyanın sərnişin “Boinq”i vurulmuşdu. Serpuxov-15 yeni raket aşkarlama kosmik sistemi Rusiyaya istiqamətlənən bir neçə qitələrarası ballistik raketin ABŞ-dan start götürdüyünü müəyyən edir. “Nəzarət otağında sirenalar çalırdı, qırmızı hərflər yanırdı. Böyük şok yaşanırdı, hamı panelin arxasından çəkilib mənə baxdı. Təlimata uyğun hərəkət etmək göstərişi verdim. Sistemin işləkliyini yenidən yoxladılar. Biri digərinin ardınca 30 səviyyəli yoxlama aparıldı. Hesabatlar gəlir: ehtimal yüksəkdir”, – Petrov sonradan bunları danışır. Petrov bilirdi ki, vəziyyət barədə yuxarı rəhbərliyə, Andropova məlumat verməli idi. Başa düşürmüş ki, 99.9% ehtimalla Andropov cavab zərbəsi endirməyi əmr edəcək. Vaxt keçir. Hamı Petrova baxır. “2-3 dəqiqə içində ətraflı analiz etmək mümkün deyil, – illər keçdikdən sonra Petrov deyir. – Ancaq instiktə güvənmək qalır. Mənim iki arqumentim var idi. Birincisi, raket hücumu yalnız bir bazadan start götürə bilməz, raket buraxılışı hamısından eyni anda başlamalı idi. İkincisi, kompyuter düzgün təyin etməyib.” Petrov intuisiyasına güvənərək dünyanın gələcək taleyinin məsuliyyətini üzərinə götürdü, həyəcan siqnalını söndürdü və sistemin işə düşməsini “yalançı həyəcan” kimi qeyd etdi.
Az sonra məlum oldu ki, o, haqlı olub. Raket aşkarlama sistemi günəş şüalarını raketin alovlu izləri kimi qəbul edib. Növbəti gün vəziyyəti yoxlamaq üçün komissiya gəldi. Heç düşünmədən Petrova çoxlu mükafat vəd etdilər, amma çox keçməmiş oyandılar ki, axı o, nizamnaməni pozub, özbaşına qərar qəbul edib. Əlavə olaraq da, döyüş jurnalını doldurmayıb. SSRİ-nin raket və kosmik müdafiəsinə rəhbərlik edən Yuri Botinçev Petrovu sorğuya çəkdi. “Soruşurdu ki, döyüş jurnalını hadisə vaxtı niyə doldurmamışam?” – Petrov yada salır. – Mən ona izah etdim ki, bir əlimdə vəziyyət haqqında məlumat verdiyim telefon dəstəyi, digərində isə gücləndirilmiş rejimdə işləyən komandamla əlaqə üçün mikrofon var idi. Yazmaq üçün heç bir şey yox idi. Amma o, cavaba razı düşmədi: “Bəs həyəcan vəziyyəti sona çatandan sonra niyə doldurmadın?”
Qısası, 3-cü dünya müharibəsinin qarşısını alan Petrov heç bir mükafata layiq görülmür, qisməti danlaq olur. Petrova məlum idi: – Əgər məni bu hadisəyə görə mükafatlandırsalar, buna görə həm də kimlərəsə ziyan dəyə bilərdi. İlk növbədə, raket hücumundan müdafiə sistemini inkişaf etdirənlər, milyardlar ayrılan böyük alimlər. Yaxşı oldu ki, jurnala görə tam cəzalandırılmadım. Hadisə gizli saxlanıldı. Hətta arvadı da bundan xəbər tutmadı. Hadisənin üstünü 1998-ci ildə açdılar. Rusiyada bir çox səbəblərə görə (hərbi nizamnamənin pozulması; kosmik sistemin uğursuzluğu) bu hadisənin üstündə çox dayanmırlar.
Bu hadisədən sonra o, ağır stresə məruz qalıb, bir neçə ay hospitalda yatıb, ordudan, mənzilindən atılıb. Amma dünyada onu yad edir və tanıyırlar: 2006-cı ilin 19 yanvarında BMT-nin Nyu-York qərargahında “Dünya Vətəndaşları Assosiasiyası” beynəlxalq ictimai təşkilatı Petrova xüsusi mükafat təqdim edib. Ona “Yer kürəsini tutub saxlayan əl” xrustal heykəlciyi verilib, üzərinə isə “Nüvə müharibəsinin qarşısını alan insana” deyə yazılıb.azadliq.info//