Bu gün saatların avtomatik irəli çəkilməsi çaşqınlıq yaradıb - SƏBƏB - VİDEO

27-03-2017, 09:05           

Bu gün səhər insanların bir çoxu səhəri saatların dəyişməsi xəbəri ilə açıb. Çünki telefonda olan saatlarla adi mexaniki saatlar arasında vaxt fərqi meydana gəlib.

Məlumdur ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən ötən ildən başlayaraq yay vaxtına keçid ləğv olunub. Bundan sonra artıq ikinci dəfədir ki, vətəndaşlar telefonlarında saatın avtomatik bir saat irəli çəkilməsi problemi ilə qarşılaşıblar. Bu hal xüsusilə də smartfonlarda qeydə alınıb. Mütəxəssislər bildirir ki, bu bəzi mobil cihazlarda mövcud olan vaxt proqramının yenilənməməsi ilə bağlıdır.

Ekspertlər bildirir ki, artıq mobil cihazında bir dəfə vaxt çaşqınlığı yaşayanlar diqqətli olmalı və vaxtla bağlı olan proqrama daxili dəyişiklik etməlidirlər.

Onu da qeyd edək ki, ötən ilə qədər Azərbaycan gün işığından səmərəli istifadə etmək üçün mart ayının son bazar günü saatı bir saat irəli və oktyabr ayında isə bir saatı geriyə çəkirdi. Ancaq 2016-cı ildən başlayaraq Azərbaycan höküməti insanlarda çaşqınlıq yaratdığına və tibbi olaraq bəzi sağlıq problemlərinə səbəb ola biləcəyini əsas gətirərək bu təcrübədən istifadə etməkdən imtina edib.
teref.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.