Prezident onlara general-mayor rütbəsi verdi

27-03-2017, 20:52           

Azərbaycan prezidenti İlham Əliyev martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin bir qrup əməkdaşının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

Xalqxeber.Az xəbər verir ki, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilsin.

***

Ölkə başçısının imzaladığı digər sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Rauf Rafiq oğlu Xələfova

polkovnik İlqar Əli oğlu Musayevə

polkovnik Sahib Novruz oğlu Nağıyevə

polkovnik Asif Mustafa oğlu Rüstəmova.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.