Mariya Zaxarova Azərbaycan jurnalistlərini niyə təhqir edə bilir ?

28-04-2017, 10:21           
Mariya Zaxarova Azərbaycan jurnalistlərini niyə təhqir edə bilir ?
Onun azərbaycanlı dostları kimdir?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycan jurnlistlərini təhqir edib. O, bizim jurnalistləri rus dilində “xam” adlandırıb bu isə azərbaycan dilində “qanacaqsız”, “tərbiyəsiz” mənalarına bənzəyən bir anlam verir. Bundan əvvəl də Rusiyanın Xarici işlər nazirinə bir sual verdiyinə görə bir azərbaycanlıl jurnalist işlədiyi telekanaldan qovulmuşdu.

Belə görünür ki, Rusiya rəsmi çevrələrində Azərbaycan juirnalistlərinin Dağlıq Qarabağla bağlı hər hansı sualına əsəbiləşirlər, çıldırırlar və bizim kolleqalarımızı xoşagəlməz sözlərə və ya xoşagəlməz sürprizlərə qonaq edirlər. Bir rus məmurunun azərbaycanlı jurnalistlərin topasını “qanacaqsız” adlandırmaq ərki necə yaranır? Ağla gələn ilk qənaət budur ki, bu, Azərbaycana münasibətdir. Azərbaycan hökumətinə münasibətdir. İkinci möhkəm qənaət budur ki, Azərbaycan hökuməti öz ölkəsinin vətəndaşlarına hansı münasibətlə yanaşırsa, başqaları da həmin münasaibəti təkrar edirlər. Zaxarovanın həmin “xam” isterikasının daxilıində bir maraqlı qeyd var. O, deyir ki, “Azərbaycanlı dostlarıma da bu barədə deyirəm və onlar məndən üzr istəyirlər”. Zaxarovanın azərbaycanlı dostları kimdir? Polad Bülbüloğludurmu, ya bizim hökumətin Rusiya üzrə xüsusi səlahiyyətlər verdiyi başqa adamlardımı, fərqi yoxdur. Zaxarovanın azərbaycanlı dostları rəsmi şəxslərdir. Qeyri- rəsmi şəxslərlə azərbaycanlı jurnalistlərin qeybəti edilməz. Və həmin rəsmi şəxslər Mariya Zaxarova kimilərlə söhbətdə azərbaycanlı jurnalistlərin, ya hansısa başqa kateqoriyadan olan azərbaycanlıların Zaxarovanı məmnun etməyən sözlərinin, davranışlarının “xam”lıq (həm də rusca) olduğunu təsdiq edir, ondan üzr istəyirlər. Rusiyada nə qədər Lavrov, nə qədər Zaxaova, nə qədər başqa dövlət “ov”ları- “yev”ləri varsa hamısının qarşısında tülkü kimi əyilib- burulan o azərbaycanlılar olsa da- olmasa da, Azərbaycan hakimiyyətinin öz ölkəsinin adamlarına hansı dəyəri verdiyini görürlər, kor deyillər və kar da deyillər.

Zaxarova diplomatdır. Təsəvvür edin ki, Rusiyadan olan bir diplomat azərbaycanlı jurnlaistləri bu cür “diplomatik” ifadələrlə yad edir və diplomat olmayan Rusiya rəsmiləri Azərbaycanı və onun xalqını hansı təşbehlərlə xatırlayarlar. Bizim jurnalistlərimizi, alimlərimizi, yazıçılarımızı, müəllimlərimizi, həkimlərimizi, pambıqçılarımızı,.. Zaxarova bu kökə salmayıb. Bizim jurnalistləri “xam”, “narkoman”, “xuliqan” damğası ilə damğalayıb həbsxanalara dolduranlardır, ölkədə jurnalistikanı xırda məclislərin tamadaları kökünə salanlardır, Azərbaycan cəmiyyətini simasız bir kütləyə çevirənlərdir… Zaxarovaya və ya bu qəlibdən olan başqalarına dil verənlər… Bizi bayırdan o cür görürlərsə, deməli, içəridə bir yaramazlıq var… Zaxarovanın dostları, kimdir?
P.S. Rusiya siyasətçilərinin bir qismi Azərbaycanı yenə özünün arxa baxçası saymaqda davam edir və azərbaycan KİV-lərində Rusiya XİN-nin sözçüsünün erməıni sevdasını və heç bir diplomatiya və tərbiyəyə sığmayan davranış tərzininin tənqidini eşidəndə təbii olaraq çıxğına dönürlər.Hər halda əgər qonşu dövlətin siması sayılan bir zat özünü belə qeyri diplomatik aparırsa və özünə, ranqına belə ifadələr işlətməyi rəva görürsə, deməli bizim politoloqlar və siyasi şərhçilərimiz doğru yoldadır. Yazarlarımıza isə bu ifadələr cavab vermk üçün "kart blanş" verib. Xanım Zaxarovaya isə bir şeyi xatırtlatmaq istəyirəm ki, sabah ünvanına sə\rt ifadələr eşidəndə inciməsin, ruslarda belə bir deyim var " KAKOY PRİVET, TAKOY İ OTVET!" yəni "NECƏ SALAM VERİRSƏNSƏ ELƏ DƏ ƏLEYKÜMƏSİNİ ALACAQSAN!"
Nurəddin Xoca












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.