Azərbaycanlı axunddan sərsəm açıqlama: "Artıq arvadınız varsa, başqasına verin..."
29-04-2017, 13:10
"Kimin artıq arvadı varsa evlənməyə imkanı olmayan müsəlman qardaşına versin”.
Bunu Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdar çıxış edərkən deyib.
O qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kiməsə versin. Kimləsə evləndirsin. Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.
Qeyd edək ki, Azərbaycanda ailə quruluşunda çoxarvadlılıq yoxdur. Bu axund isə İranda dini təhsil alıb və islam dininə aidiyyatı olmayan çıxışlarla əhli-beyti başqa istiqamətə yönləndirir. [media=https://www.youtube.com/watch?v=YnPBKgCrJ6g]