Mövlan Şıxəliyevin “yoxa çıxan” itləri “qayıtdı” - İLGİNC

1-05-2017, 22:43           
Mövlan Şıxəliyevin “yoxa çıxan” itləri “qayıtdı” - İLGİNC
Generalın Novxanıdakı villasından yenə “məşhur nəhənglərin” səsi gəlməkdədir

Ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin “MTN işi”nin ilk günlərindən Novxanıdakı villasından “yoxa çıxan” itləri geri dönüş edib.

Bu barədə Moderator.az -ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, mətbuatın həmin itlərlə bağlı müəyyən informasiyaları gündəmə gətirməsindən sonra, M.Şıxəliyevin MTN dönəmindən ərazidə məşhurluq qazanan itləri anidən “yoxa çıxmış”, yalnız bir müddət öncə öz heybətli səsləri ilə ətrafdakı insanları “salamlamışdır”.

Mənbə hesab edir ki, M.Şıxəliyevin “MTN işi” ilə bağlı istintaq və məhkəmə prosesinin getdiyi bir zamanda mətbuatın diqqət mərkəzində olan itlərini geri qaytarması onun özünü əvvəlki dönəmə nisbətən daha rahat və təhlükəsiz hiss etməsi ilə bağlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.