"Bəşəriyyətin irəli getməsi üçün dinlər ortadan qalxmalıdır"

2-05-2017, 22:25           
"Bəşəriyyətin irəli getməsi üçün dinlər ortadan qalxmalıdır"

"Sosiobiologiya"nın yaradıcı kimi tanınan bioloqu E.O.Uilson keçdiyimiz günlərdə dünyanın dinlərə görə addım-addım yox olduğunu deyib.

"New Sayentist" jurnalının son sayına müsahibə verən Uilson yeni kitabında insan olaraq hara getdiyimizin və dünyanı necə addım-addım yox etməyimiz məsələsinə diqqət etməyi düşündüyünü söyləyib.Və "qəbilə quruluşumuza" görə elmin planetinə verdiyimiz zərərlərə dair bizlərə verdiyi işarətləri gözardı etdiyimiz məsələsində xəbərdarlıq edib:

"Bütün ideologiyaların və dinlərin böyük suallara öz cavabları var, amma bu cavablar adətən bir növ qəbilənin inancı məhduddur. Xüsusilə dinlər digər bir qəbilənin, digər bir inancın qəbul etməyəcəyi fövqəltəbii faktorlara malikdir...
Və hər bir inanc istədiyi qədər səxavətli, şəfqətli, mehriban və yardımsevər olsun, yenə də digər əqidələri kiçildir. Bizi aşağı çəkən şey dini inanclardır".

Uilson sözlərinə belə davam edib: "Dünyanın hər yerində insanların bir Tanrı tərəfindən izlənib- izlənilmədikləri barədə güclü narahatlıqları var. Demək olar ki, hər bir insan başqa bir həyatı da olacaqmı sualı üzərində baş sındırır. Bunlar insanlığın birləşdiyi ortaq məsələlərdir".

Ancaq Uilson "insan şüurunun sərhədlərini aşan axtarışın qəbilə dinləri tərəfindən qəsb edildiyini" bildirib:

"Bəşəriyyətin xeyri üçün edə biləcəyimiz ən yaxşı şey dini inancları tamamilə yox etmə nöqtəsinə qədər azaltmaqdır. Amma əlbəttə ki, cinsimizin təbiətindəki arzunu və bu böyük sualları soruşmağı yox etmək olmaz".

Uilson bəşəriyyətin gələcəyinə dair dünyanın artıq tarazlıqda olmayan stəkanı daşırdan nöqtəyə gəlcəyini bildirib: "Və bu olanda hər şey dağılacaq və bizdə onunla birgə dağıdacağıq".

Qeyd edək ki, Uilson xristianlıqdan uzaqlaşdığını, amma özünü ateist də adlandırmayacağını bildirib və "Mən bir elm adamıyam" deyib.
Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.