Dünya şöhrətli KRİMİNAL AVTORİTET Azərbaycana gəlir – Görün NƏ MƏQSƏDLƏ…

5-05-2017, 18:08           

Avtoritetin şəxsi təhlükəsizliyinin qorunması ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır.
Cinayətkar qrupların ümumi Avropa kassasının nəzarətçisinin adamları, onun şəxsi təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparırlar. Belə ki, cinayətkar qrupların ümumi Avropa kassasının nəzarətçisi, çeçen “qanuni oğru” Həmzət Qastəmirov (Şeyx Həmzət) yaxın günlərdə Azərbaycana gəlməyi planlaşdırır.
Onun bu səfərdə məqsədi, 2016-cı ilin 18 avqustunda İstanbulun Barbarossa bulvarında qətlə yetirilən digər “qanuni oğru” Rövşən Lənkəranskinin qəbrini ziyarət etməkdir. Bu barədə kriminal dairələrə yaxın mənbə məlumat verib.
Hazırda Şeyx Həmzətin adamları Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıqlar aparırlar. Danışıqlarda kriminal avtoritetin şəxsi təhlükəsizliyi, səfər zamanı onu kimin müşayiət edəcəyi ilə bağlı məsələlər razılaşdırılır. Mənbənin sözlərinə görə, Qastəmirov, haqlarında beynəlxalq axtarış elan edilməsi səbəbindən vətənə gələ bilməyən bütün azərbaycanlı kriminal avtoritetlərin adından Rövşən Lənkəranskinin qəbrinə əklil qoymaq istəyir. Qeyd edək ki, Qastəmirov Almaniyada yaşayır və öz kriminal tituluna baxmayaraq, qanunlarla heç bir problemi yoxdur. O, hüquq-mühafizə strukturları tərəfindən heç bir təhlükə gözləmədən sərbəst şəkildə hərəkət edə və istədiyi yerə gedə bilir. (sputnik)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.