Dünya Azərbaycanı belə tanıyır - Başımızı ucaldan və bizi utandıran faktlar

6-05-2017, 23:58           
Dünya Azərbaycanı belə tanıyır - Başımızı ucaldan və bizi utandıran faktlar
Hər bir vətəndaşın öz şəxsiyyəti, ailəsi qədər önəmli daha bir qürur mənbəyi var – ölkəsi! Təsadüfi deyil ki, bir ölkənin uğuru onun bütün vətəndaşlarının sevinci və fəxarətinin əsas səbəblərindəndir

Bəs Azərbaycanı dünya necə tanıyır?

1. Azərbaycanda əhalinin sayı 10 milyona yaxın olduğu halda İran İslam Rspublikasında (Güney Azərbaycanda) yaşayan Azərbaycanlıların sayı 30 milyona çatmaqdadır.

2. Dünya tərəfindən Azərbaycan dili türkcənin ən zəngin və kolaritli dili kimi tanınr.

3. İarnda ən çox danışılan ikinci dil Azərbaycan dilidir. Hazırda bu ölkədə hər 4 nəfərdən biri Azərbaycanca danışır.

4. Əhalinin 60%-nin yaşı 30-dan aşağıdır.

5. Azərbaycanlılar 10 il ərzində 4 dəfə əlifba dəyişib; Ərəb, Latın, Kiril və yenidən Latın.

6. Azərbaycanın oxuma-yazma bacarığı olan əhalisinin sayı 99.8 %-dir. Bu göstərici ilə ölkəmiz müsəlman dünyasında ilk, türk dünyasında ilk, keçmiş sovet ölkələri arasında ilk yerdədir. Bu uğrumuz bizi dünya liderliyinə yaxın mövqedə saxlayıb. Hazırda Azərbaycan bu göstərici ilə Amerika, Fransa, İngiltərə, İspaniya və digər inkişaf etmiş ölkələri qabaqlayıb. Azərbaycan bu müstəvidə Finlandiya və digər bir neçə ölkə ilə dünya liderliyini bölüşür.

7. Həqiqətə nə qədər yaxın olub olmadığını deyə bilməsək də, beynəlxalq arenada Azərbaycan əhalisini 86 %-i şiə, 10%-i sünni, 4%-i isə xristian və digər dinlərin nümayəndələri kimi tanınır.

8. Azərbaycan qadınlara seçmək və seçilmək hüququ verən ilk müsəlman ölkəsidir.

9. Ölkəmiz dünyanın dini baxımdan ən tolerant ölkəsi kimi tanınmaqdadır. Beynəlxalq mətbuat burada heç kəsi dini əqidəsinə görə sıxışdırılmadığını yazır.

10. Azərbaycan həm də qadın və kişilərin geyim azadlığı olan azsaylı müsəlman ölkələrindən biri kimi tanınmaqdadır.

11. 1901-ci ildə yaradılan “Bakı müsəlman qız məktəbi” vəya “Tağıyevin qız məktəbi” müsəlman şərqində və Qafqazda qurulan ilk qız məktəbidir.

12. Qəhvədən ən az istifadə edən ölkə kimi də dünya gündəmindəyik.

13. 3-cü ən böyük şəhərimiz olan Sumqayıt 2006-2007-ci ildə ətrafını və şəhər atmosferini ən çox çirkləndirən şəhər kimi diqqət çəkib.

14. Tovuz və Göygöl rayonlarının təməlinin almanlar tərəfindən qoyulması, Tovuzun əvvəlki adının Traubenfeld, Göygölün isə Helenendorf olması da Azərbaycanın rayonları haqqında məlumatlar arasında yer alan informasiyalardandır.

15. Azərbaycanlı Leyla Məmmədbəyovanın Cənubi Avropa, Qafqaz və Yaxın Şərqin ilk qadın təyyarəçisi olması da beynəlxalq informasiya arenasında maraqla qarşılanan detallardandır.

16. Öz ökəsi ərazisində zorla köçürülən köçkün sayına görə Azərbaycan dünya lideridir. Ölkəmizdə 1 milyon məcburi köçkünün yaşaması dünya insanını heyrətləndirən məqamlardandır.

17. Ermənistanla Azərbaycan arasında olan qarşılıqlı nifrət və Azərbaycanda “erməni” ifadəsinin söyüş kimi istifadə edilməsi də ən çox danışılan mövzulardandır. 2009-cu il Avrovizya müsabiqəsi zamanı Azərbaycan ərazisindən erməni iştirakçıya səs verən 43 şəxsin araşdırlması və onların vətənpərvər olmamasının gündəmə gətirilməsi də dünya üçün maraqlı olub. (a24.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.