“Günah ölən ana və valideynlərində olub...” – Sumqayıt faciəsi

10-05-2017, 13:03           

Sumayıtda baş verən ana və körpə ölümünün dəqiq səbəbi 10 gündən sonra məlum olacaq.

Bunu Teleqraf.com-a Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, meyit Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mərkəzi şöbəsinə təhvil verilib: “İlkin məlumat kimi deyə bilərəm ki, bu, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərovanın üçüncü hamiləliyi olub. Sumqayıtda qadın məsləhətxanasında qeydiyyatda və nəzarətdə olub. Təbii doğuş üçün Sumqayıt şəhər 1 saylı Doğum evinə müraciət edib. Doğuş demək olar ki, fəsasdsız keçib.

Amma körpənin ürək döyüntüləri tək-tək olduğu üçün doğuşdan qısa zaman sonra ölüb. Daha sonra anada uşaqlığın yığılma qabiliyyəti pozulduğu üçün qanaxma baş verib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq qadın ölüb. Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyi tərəfindən tam ölümün səbəbi bilindikdən sonra Səhiyyə Nazirliyində doğuşa yardım komisiyasının iclası keşirləcək və qərar veriləcək”.

Sevinc Məmmədova qeyd edib ki, heç bir həkim istəməz, ona müraciət edən ana və onun körpəsi ölsün: “Hansı həkim isətəyər ki, səhlənkarlıq etsin, xəstəsi ölsün? Araşdırmaq lazımdır ki, hadisə hansı məqamda, necə baş verib. Çox güman ki, anada gizlin keçən xəstəlik olub. Biz ilkin müayinəni araşdırdıq. Həmin vaxt qadına hər bir tədbirlər icra olunub. Həmin tədbirlərin yardımı olmayıbsa, deməli, qadının bədənində dərin dəyişikliklər olub. Nə dəyişikliklərin olması analizlərin nəticəsində bilinəcək.

Burada valideynlərin, ailənin də böyük günahı var. Xanımın hansısa xəstəliyi olub, onu gizlədib, vaxtında həkimə aparıb müalicə etdirməyiblər. 18 ildən sonra qadın hamilə olub. Bildiriniz kimi 30 yaşdan sonra qadında yaşla əlaqədar fizioloji dəyişiklər olur. Bəlkə hansısa dəyişikliklər olub vaxtında həkimə getməyib?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.