BU GÜN BÖYÜK ELÇİBƏYİN AD GÜNÜDÜR !

24-06-2017, 01:24           
BU GÜN BÖYÜK ELÇİBƏYİN AD GÜNÜDÜR !
Elçibəyçilik nədir ?
Onu əleyhinə danışanlar elə məhz onun bizlərə verdiyi demokratiyadan istifadə edərək tənqid edirlər və bu üzdən təkcə Onu yox ,elə bir -birimizi də içi mən qarışıq tənqid, təhqir edirik ...Əslinə qalsa mən heç vaxt Elçibəyə doqmatik yanaşmanı qəbul etməmişəm ...Amma deməliyəm ki , onun Azərbaycana sevgisi , fədakarlığı , siyasətdə şəxsi uğur üçün yox , xalqa fayda üçün çalışması, sözündə bütövlüyü , oyunlardan uzaq qalması mənim üçün ən yüksək ictimai dəyərlərdəndir .Bəlkə elə bu da hər mütərəqqi siyasətçinin üstünlüyüdür, onun özünü çətinliklərlə üzləşdirsə belə . sevilməsinə səbəb olurdu .Bu da əslində ortaya bir gücün çıxması üçün əsas idi Elçibəyin gücü burdan qaynaqlanırdı ..Elçibəyçilik keçmiş və yolu düz deyilsə , bəs onda nədən ondan imtina edərkən avtoritarizmə ,, haqsızlığa , zülmə və bunların simvolu olan Əliyevlər hakimiyyətinə daha sərt mübarizə aparmaq mümkün olmur və başqa yol axtarmaq bəlkə də ancaq əlavə dərdlər gətirir ..?.. Elçibəy ,bu gün də bizə lazım olan hamını birləşdirəcək Böyük İnsan idi ....!
Elçibəyçilik Azərbaycanı sevməyin cəzbedici bir modeli idi və yalnız bu bir model Azərbaycanı və dünyanı sevməyində idi digər modellərini nə inkar edir . nə də onlara qarşı idi ...Lakin siyasi və ideologi mahiyyətinə görə təcrübə də sübut etdi ki ,bu, dövrümüzün ən effektivli siyasi modeli idi Millətçiliyin demokratiya ilə unikal bir sintezi olan Elçibəyçilik ölkənin azadlığı və demokratik quruluşu naminə bir millətçi əhval- ruhiyyəsini özündə birləşdirirdi .Belə millətçilik humanizmə söykənir , başqa xalqların haqlarına sayğı göstərir, müasirliyi qəbul edir , demokratik siyasi sistemi millətin haqqı və azadlığının forması kimi qəbul edirdi Demokratiya bu millətçiliyin siyasi hədəfi idi Bu millətçi ovqat və millətçi gəncliyə böyük moral verirdi ki ,bu da ölkədə ən yüksək siyasi qüvvəni yaratmağa qadir idi Baxmayaraq ki ,Elçibəyçilər güclü bir qüvvə kimi qala bilmədi , bir qismi yoruldu, dönük çıxdı , amma Elçibəy və elçibəyçilikisə bitmədi ...! Onun mənəvi mahiyyətini yaşayanlar qalmaqdadır və onu siyasi resursları isə sahibini gözləyir.Bu irsə həqiqi sahib çıxanların isə bir gün ortada olacağına heç kim şübhə etməsin !
Tanrı ruhunu şad Eləsin ...!
Baba Allahnezerov
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.