Azərbaycanda bağımsız medianın qurucularından Nəcəf Nəcəfovun doğum günüdür.

24-06-2017, 16:23           
Azərbaycanda bağımsız medianın qurucularından Nəcəf Nəcəfovun doğum günüdür. unudar ...!?
Bu gün görkəmli Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri.Nəcəf Adil oğlu Nəcəfov-NƏCƏF NƏCƏFOV-un doğum günüdür
Nəcəf Nəcəfov 80-ci illərin əvvəllərindən "İnşaatçı” qəzetində əmək fəaliyyətinə başlayıb. Həmin il Nəcəf Nəcəfov "Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib. Qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Bundan sonra jurnalist 1989-cu ildə ilk müstəqil qəzet olan "Azadlıq” qəzetini təsis edib.
1990-cı ilin qanlı 20 Yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda Sovet qəsbkarlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində olub. Əsgər dəyənəyindən ağır zədə alan N.Nəcəfov səhərə kimi huşsuz halda yıxılıb qalıb. Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycanda Demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizəni davam etdirib. 1990-cı ilin yazında o, bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentlyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib.
Ömrünün son illərində N.Nəcəfov Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.
Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bakı şəhərində Köhnə qəbiristanlıqda dəfn olunub.
Tanrı ruhunu şad Eləsin ...!
Baba Allahnəzərov
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.