BU DA OLDU - Cənnətə pasport verdilər - FOTO

28-06-2017, 16:00           
BU DA OLDU - Cənnətə pasport verdilər - FOTO
İraqın Mosul, Suriyanın isə, Rakka şəhərindən İŞİD-i çıxarmaq üçün aparılan əməliyyatlarda, terror təşkilatının döyüşçülərinə verdiyi saxta "cənnət pasportları" tapılıb.

BiG.AZ beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, İŞİD-in intihar bombaçılarına verdiyi pasportda, "Bu pasportun sahibi yalnız cənnətə gedə bilər. Pasport sahibi cəhənnəmə gedə bilməz" ifadələri qeyd olunub. Hər hansı bir ad qeyd olunmayan pasportun xanalarında bunlar yazılıb:



Ad: Müsəlman

Ata adı: İslam

Ana adı: Təqva

Doğulduğu yer: Dünya

Peşə; Dünyaya İslamı yayma

Cari olduğu yer: Cənnət.

Pasportun daxili səhifələrində bu ifadələr yer alır:
Cənnət dediyimiz yer Allahın bizi məmmunluqla qarşılayacağı və Ona çata biləcəyimiz gözəl bir yerdir. Eyni zamanda Cənnət nemətlərinin çoxu Allahın rəhmətindən meydana gəlir. Burada heç bir insan ağlının düşünmədiyi, gözünün görmədiyi, heç bir qulağın eşitmədiyi hər şey vardır və kim ora gedərsə əbədi olaraq orda qalacaq, xəstələnməyəcək, acmayacaq, susamayacaq və ömrü əbədi olaraq dincliyə qovuşacaq. Buna görə Cənnətə girmək üçün çalışaq.

Özlərini digər insanlalardan ayıracaq xüsusiyyətlər: Qeybə iman edənlər, namaz qılanlar, qazandıqlarından zəkatlarını verənlər, Allahın nazil etdiklərinə inananlar, tamamilə hidayətə çatanlardır.

Bu pasporta sahib olan kəslərin səyahət edəcəyi yerlər: Cənnət, Firdovs Cənnəti, Darus-Səlam Cənnəti, Ədn Cənnəti, Darul-Huld Cənnəti.

Bu pasporta sahib olan kəslərin getməyəcəyi yerlər: Cəhənnəm.
(Moderator)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru