Azərbaycanlı məşqçinin faciəvi ölümü - Meyiti hələ tapılmayıb

29-06-2017, 14:34           
Azərbaycanlı məşqçinin faciəvi ölümü - Meyiti hələ tapılmayıb
“Miss Lafarella” insternet müsabiqəsinin iştirakçısı Günel Mirzəyeva faciəvi şəkildə dünyasını dəyişib.

“Qafqazinfo” 1news.az-a istinadən xəbər verir ki, fitness məşqçisi dənizdə boğularaq həyatını itirib. Onun cəsədi hələ də tapılmayıb.

Bu barədə Mirzəyevanın dostları sosial şəbəkədə məlumat yayıblar.

“Günel dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas olsa da, onu tapmaq mümkün olmayıb. Günelin cəsədi hələ də tapılmayıb, axtarışlar davam edir” - deyə bildirilib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru