Dünyanın ən kriminal ordusu haqqında ARAŞDIRMA – Tükürpədən faktları mütləq bilməlisiz
1-07-2017, 22:51

“Əsgər ölümlərinin anaları”
1992-ci il yanvarın 28-də, qərarla “Ermənistan Respublikasının qorunması” adı altında Ermənistan Milli Ordusu yaradıldı.
Və bu il həmin ordunun “yaradılması”nın 25 illiyi tamam olur. Burda bir haşiyəyə çıxaq: Ordunun yaranma tarixini 1992-ci ilin 28 yanvarı kimi qeyd etsələr də, Ermənistan ordusu faktiki olaraq 1988-ci ildən mövcud idi və həmən il başlayan proseslərin əsas aparıcı qüvvəsi idi.
İl 2011: Serj Sarkisyan və ətrafının Ordu gününü qeyd etdiyi bir anda, həlak olmuş əsgər anaları Müdafiə Nazirliyinin qabağında “oğullarımızı verin” deyə göz yaşı tökürdülər.
Ordunun şanından, şöhrətindən dəm vuran Sarkisyan həlak olmuş əsgər analarına divan tutdu.
İl 2013: Daha dəhşətlisi isə 2013-cu ilin ordu günü baş verən piketlər idi. Onlarla əsgər anası məhkəmə qaşısında ədalətin qeybdən çıxacağını gözləməkdə idi.
Ermənistan ordusunun ölüm maşını olduğu, əsgərlərin zabitlər tərəfindən dəhşətli işgəncələrə məruz qalması, öldürülməsi və təhqir olunması, ordunun kriminal durmunun əsas göstricisi idi.
Hakim dairələr nə qədər görüntünü əngəlləməyə çalışsalar da, mümkün olmamışdı.
Çünki ordu ilə bağlı cinayətlərin günahları daşaraq nazirliyin, məhkəmənin qapıları arxasındakı salona qədər çıxa bilmişdi.
Amma ali hüququ qoruyan orqan əsgərləri yaşamaq hüququndan məhrum etdiyi kimi, valideynlərini də azad sözdən məhrum etdi.
İl 2014: Yenə həmin gün və yenə “möhtəşəm ordunun” ad günündən geridə qalan mənzərə əsgər anaları idi.
“Mən sizə sağlam oğul vermişdim, siz isə onu mənə ölü qaytardınız. O harda ölmüşdü? Azərbaycana aid olan Qarabağda. Axı kim sizə deyr ki, əlinizdə saxlaya bilmədiyiniz torpaqdan ötrü balamı qurban verməlisiniz? Oğlumu verin”;
Beləcə, illər sonra erməni ordusu 23 illiyini qeyd edir.
Və hər il ordu günündə xüsusi polis batalyonu və qırmızı beretlər prezident sarayını üzük qaşı kimi mühasirəyə alırlar.
Bu mənzərəni isə İrəvan küçələrini dolaşan ağsaçlı anaların əllərində saxladıqları oğullarının üstü qrımızı lent bağlanmış şəkilləri tamamlayır.
Amma problem tək bununla bitmir.
Və daha dəhşətli bir fakt: Əsgər cinayətləri ilə məşğul olan 8 vəkil son 4 il ərzində qətlə yetirilib.
Bu rəqəmləri Ermənistan Ombudsmanı da qeyd edib.
Bu arada, orduda nə baş verdiyini daha yaxşı izah etmək üçün öldürülən əsgər Ara Avetisyanın anasını dinləyək: “Ordu günüdür deyirlər. Hansı ordudan danışırsınız? Oğlumu məhv edən ordudanmı? Komandir Stepanyan sərxoş olub uşaqğımdan 100 dollar tələb edib, pul almadığı təqdirdə isə onu ön posta yollayıb. Ürəyi dözməyib, çıxıb onu orda qətlə yetirib. Bunu isə ordu rəhbərliyi və məkhəmə gizlədir. Mənim kimi yüzlərlə erməni anasının ahı qoyarmı ordu dediyiniz cinayətkar yığını salamat qala?”, deyir xanım Mıkırtçıyan.
Görün, vəziyyət nə qədər bərbaddır ki, Avropa İnsan Haqları Məhkəməsinə gedən şikayətlərin 70%-i orduda baş verənlərlə bağıdır.
Artur Qazaryan və Valerik Muradyanın başına gələnlər isə film mövzusu kimi heç də pis deyil. Komandiri bu iki şəxsi İranla sərhəddə yollayaraq narkotik gətirməyə məcbur edib. Hər iki şəxs bu prosesdə öldürülür.
Analar isə “dağda ildırım vurdu” deyə istintaq cavabı alırlar. Bu əsgərlərin də istintaq materialları Avropa məhkəməsindədir.
Sadalamalqla bitməz ki…
Əsgərsiz ordu
– Ermənistan ordusunda 2009-cu ildə əsgər çatışmazlığı problemi ciddi şəkil alıb.
– Ermənistan ordusunun əsas gücü könüllü əsgəri xidmət çəkən insanlardan ibarətdir. Onların da sayı cəmi doqquz min nəfərə yaxındır. Digərləri isə çağırış yaşına çatmış vətəndaşlardan ibarətdir ki, onların da sayı 30 mindən çox deyil.
– Ermənistanın Türkiyə, İran və Gürcüstanla sərhədlərini Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgərləri qoruyurlar.
– Ermənistan ordusunu komplektləşdirmək üçün ordu rəhbərliyi 18 yaşına çatmış gənclərin qıtlığı ilə üzləşib.
– Ermənistan Müdafiə Nazirliyi orduya yararsız vətəndaşlarını hərbi xidmətə çağırır. ( Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin bəyanatında bildirilir. Təşkilatın rəsmi saytında deyilir ki, 2014-2015-ci il qış çağırışı dövründə təşkilata müraciət etmiş şəxslərin tibbi sənədlərindən aydın olur ki, həmin şəxslər orduya yararsızdı).
Cinayətkar ordu
Ermənistan ordusu tam mənasından cinayətkar ordudur.
Həm beynəlxalq hüquqla tannınmış başqa bir dövlətin ərazisini işğal etməkdən tutmuş, soyqırımı cinayətlərinə qədər cürbəcür proseslərə imza atıb.
Qısa olmasa da bu cinayətlərin xronologiyasına baxaq:
Azərbaycanlıların ata- baba torpaqlarından qovulması və deportasiya edilməsi-1988-ci il;
Qarabağ müharibəsi 1988-1994-ci illər;
Sumqayıt hadisələri 1988-ci il;
Quqark qırğını;
Qarakənd faciəsi;
Xocalı soyqırımı;
Ağdaban soyqırımı;
Qarabağ müharibəsi dövründə əsir düşmüş və girov götürülmüş azərbaycanlıların başına gələnlər;
Taleyi naməlum olan əsirlər;
Əsirlikdə qətlə yetirilənlər;
Qeyd: Cinayət obyektləri sırasında, kombatant olmayan: azyaşlı, qadın, qoca, əlil üstünlük təşkil edir.
İnsanın formasından, durumundan asılı olmayaraq hamını qətlə yetirib, işgəncə veriblər.
Son olaraq, düşmən ordusunu daha yaxşı analiz etmək üçün Azərbaycan silahlı qüvvələri ilə müqayisəsinin İnfoqrafik təsvirini təqdim edirik:
Azərbaycan və Ermənistan orduları: kim necə silahlanıb?

Qeyd: Azərbaycandakı hərbi ekspertlər qeyd edirlər ki, əslində Ermənistan hərbi imkanlarının böyük hissəsini işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirib. Həmin işğal altında olan ərazilərə cəmlənən hərbi texnika haqqında isə doğru-dürüst məlumat yoxdur.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında da həmin ərazilərdəki erməni qüvvələri haqqında detallı bilgi yoxdur. Yalnız o qeyd edilir ki, Qarabağdakı erməni qüvvələrinin nəzarətində 200-300 tank, o qədər artilleriya qurğusu, 18 000 – 20 000 nəfərlik canlı qüvvə, kiçik aviasiya qurğuları var.
Son söz əvəzi
Ermənistan silahlı qüvvələri haqqında danışarkən, ermənilərin özləri özlərini tərif edərkən unuda bilmədikləri iki şəxs var:
Ramil Səfərov və Mübariz İbrahimov.
Bu iki nümunə düşmən ordusunun mif kimi yaratdığı qəhrəman obrazını sabun köpüyü kimi darmadağın etdi.
Bu cinayətkar və işğalçı qurumun tamamilə məhv olması an məsələsidir.
O gün uzaqda deyil.