Bu gün Vətən eşqi ilə yanıb kül olan FRED ASİF-in anım günüdür

2-07-2017, 00:04           
Bu gün Vətən eşqi ilə yanıb kül olan FRED ASİF-in anım günüdür
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) anım günüdür.

Asif Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. O, 1992-ci il dekabrın 7-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1993-cü il 27 oktyabrda, Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir.

1994-cü ildə Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.

Asif Məhərrəmova "Fred" ləqəbini ona 1970-ci illərdə onun yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.