Qorxulu XƏBƏRDARLIQ: “Təəssüf ki, çox yaxınlaşdıq”
4-07-2017, 00:51

Dünyada baş verəcək qorxunc olaylar haqda ilginc proqnozlar verən məşhur alim Stepan Havkinq yenə bu dəfə dəhşətli istilər haqda qorxunc fikirlər açıqlayıb.
Turaninfo.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Havkinq qlobal istiləşmənin geri dönməyəcək həddə gəlib çatdığını bildirib: “Qlobal isinmə elə həddə çatıb ki, ona indi müdaxilə etməsək, dəhşətli fəlakətlə üz-üzə qala bilərik. Trampın həmləsi dünyamızı 250 dərəcəlik və kükürd yağışlarının yaşandığı Venara halına gətirə bilər”.
Qlobal isinmənin qarşılaşdığımız ən böyük təhdidlərdən biri olduğunu qeyd edən 75 yaşlı alim onu da bildirib ki, nə qədər gec deyil, bu prosesin qarşısı alınmalıdır: “İndi hərəkətə keçsək, bu dəhşətin qarşısını ala bilərik. İqlim dəyişikliyinin əlamətlərini inkar edərək və “Paris İqlim Anlaşması”ndan çıxaraq Donald Tramp planetimizə qaçılmaz zərərlər verə bilər. Həm bizim, həm də uşaqlarımız üçün yaşayışımız təhlükəyə girə bilər”.
Ətraf problemlərin və insanı qarşıdurmaların çözülüb-çözülməyəcəyi sualına isə Havkinq belə cavab verib: "Dünyada sayılı günlərimiz qalıb. Mən təkamülün insan geninə xəsislik və təcavüz həkk etməsindən çox qorxuram. Qarşıdurmaların azalacağına dair bir əlamət görmürəm. Hərbiləşdirilmiş texnologiyanın , kütləvi qırğın yaradan silahların təkmilləşməsi fəlakətlərə yol aça bilər. İnsanlığın qurtuluşukosmosdakı müstəqil koloniyalar ola bilər”.