Kimdir bakılı? - İdris Heydərli yazır...
5-07-2017, 16:45

Bakı Rus liman ticarətinin parçası olaraq dirçələn şəhərdir.Bu coğrafiyadan yaranan fürsətdir.
İdarəetmə düşüncəsi ilə isə Bakı Şirvanşahların sığınacaq qalası olaraq görülüb.
Kimlik olaraq isə...Fürsət kimdə?
Təzadlar bu fürsəti doğru dəyərləndirməyi istər.
Səfəvi xənadanı Bibiheybət vəqfini seyidlərin ocağına çevirməklə Əbu Xeyir vəqfinin təsir gücünü azaltdı.Seyidlər Bakını Bibinin qalası etidlər.İlk köç də bu səbəblə sabitləşdi.
Sonra,
Xanlıqlar zamanı Rusların Xəzər iddiası Bakını dayaq nöqtəsi kimi liman və mayaka çevirdi.
Ruslar Bakıya Xəzərın pəncərəsi kimi baxmağı o zaman kəşf etdilər.
Şirvanın "Bakı qalası"na koçü ruslarla iş birliyi başladıqdan sonra sürətləndi.
Seyidlərdən sonra Bakılı statusunu şirvanlılar mənimsədilər.
Şaxmaxı zəlzələsi isə daha böyük bir köç dalğası oldu.
Sonra,neft...
Neft isə ən böyük köç dalğasını Qacarlardan gətirdi.Həmşəri köçü sabitləşib, Bakılaşan şirvanlılara "Biz və onlar" ayrımını yaşatdı.Həmşərı və şirvanlı kimlyi üz üzə qaldılar.
Xristian və yəhudi faktorlar idari və ticarı güc olaraq içdə yaşanan bu prosesdə maraqlı deyildilər.
Seyid,şirvan və həmşəri bakılısı 20 yüzilin əvvəllərində artıq liman pəncərəsındən çıxıb Mərkəz olmağa iddialı Bakının məhəllə sakinləri idilər.
Sovetlər gəldi,öz fəhlə və kəndli idarəetmə sistemini tətbiq etməli idi.Etdi də.Kimlik olaraq isə tatları ön plana çıxardı.
Tat və dağlıların gəlişi ilə "yeni bakılı" məqam və söz sahibi oldu.
Sovetlərin Pəhləvilərə qarşı poliqonu olaraq seçilən Azərbaycanın paytaxtı daha bir köçə şahidlik etdi.
Şurəviçilər,Demokratlar,Tudəçilər.
Sonrası, bu günün bakılısı kim? Qarabağlı,ermenistanlı,qubalı,naxçıvanlı...
Bilənlər bilməyənlərə söylər.
Şəhər tarixən ya toprağın parçası olar,ya da toprağa düşmən olar.
Onu inşa edənlərin fikrinə bağlı olar bu seçim.
Şəhəri torpağın parçası edən isə miras olaraq seçdiyi mədəniyyətdir.
Mədəniyyət isə ya mənəvi dəyərləri,ya da bədən dəyərlərini təməl olaraq görər.
Torpağa düşmən kəsilən isə bədən mədəniyyətidir.
Bakı bədən ehtiyaclarının mirası ilə baxılan "qara pəncərə" kimi görülüb.
Kİmdir bakılı...
FÜRSƏT,bakılı sadece bir fürsətdir.
Qaranlıq otaqda "qara pişik" və ya "qara pəncərə",bax,keç.