Bakıda hərbçiləri avtomobil vurdu - Yaralıların vəziyyəti ağırdır

25-10-2018, 16:18           
Bakıda hərbçiləri avtomobil vurdu - Yaralıların vəziyyəti ağırdır
Bu gün Xətai rayonu, Nobel prospektində iki hərbiçini - Vüqar Mahmudovu və Dəniz Qasımovu avtomobil vurub. Gundeminfo.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə "Asiman” şadlıq evinin qarşısında baş verib.

Onlardan birinin 20, digərinin 21 yaşı var. Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib. Xəstəxanadan bildiriblər ki, hər iki şəxsdə sınıq və travmalar var. Yaralıların vəziyyəti orta-ağırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.