21 yanvar 1990- cı il - 20 yanvar faciəsində şəhid olanların sayı niyə gizlədilir..?
Bu gün, 11:36
20 yanvar faciəsi ilə bağlı Moskvada mətbuat konfransında həkim Şamxalov Zöhrabın çıxışından bəzi sitatlar
" Bakıdan morqdan əldə etdiyimiz məlumata görə 577 nəfər öldürülüb"
"Bakıda Azərbaycan Xalq cəbhəsinin yerləşdiyi binanın üzərinə 1571 nəfər ölmüş insanın adı olan siyahı vurulub"
"Bakıda 500 nəfər öldürülüb"
" Maştağa, Mərdəkan, Buzovnada rus qoşunin qarşısını almaq istəyən 177 nəfər öldürülüb, onları tanklar əzib üzərindən keçib"
" 10 nəfər tibb universitetinin tələbəsi olan qız Səlyan kazarması önündə tanklarla əzilib"
Video fakt da əlavə edilir
Ps: Ardınca mənim araşdırmam
20 yanvar faciəsində şəhid olanların sayı niyə gizlədilir..?
19-20 yanvar 1990-cı ildə Azərbaycanda nə qədər vətəndaş öldürülüb. Rəsmi məlumatlara görə, faciə zamanı 137 adam vəfat edib. Sonradan aparılan araşdırmalar, qanunvericiliklə əldə edilmiş sənədlər əsasında daha 10 nəfərin Qanlı Yanvar hadisələri zamanı şəhid olduqları müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsatətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli Sərəncamı ilə iki nəfər Azərbaycan vətəndaşına, 2003-cü il 27 sentyabr tarixli Fərmanı ilə yenə də iki nəfər Azərbaycan vətəndaşına, 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə isə 6 nəfər Azərbaycan vətəndaşına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Beləliklə, 20 Yanvar şəhidlərinin sayı 147 nəfərə çatmışdır. Bu dəqiq məlumatdırmı sualın verən dostlarım üçün kiçik bir araşdırma apardım. 20 yanvar günü hazırkı Şəhidlər Xiyabanında ilkin olaraq 51 nəfər dəfn edilib. 42 gün içərisində isə daha 50 nəfər Bakının kəndlərində dəfn edilmişlər ora köçürülüb. Sonra da ağır yaralı olan, lakin rəhmətə gedənlər də orda basdırlıdı. Beləliklə 120 nəfər orda basdırldı. Qeyd edim k, onlardan 3 nəfəri 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi ki, məzarları ora köçürülüb. Hər üç məzarın üstündə 1918-ci il şəhidləri sözləri yazıldı. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazdılar. Qara Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc var idi və o, ən sonda dəfn olundu. Bir maraqlı məqam da bu günlərdə baş verdi. 200-ə qədər meyid selofan kisələrə qoyub, gecə tankların müşayiəti ilə Bakı limanına gətiriblər. Limanda onları görənlər də olub. Bu proses lentə də çəkilib, şəkilləri var. Xırda gəmilər mane olmağa çalışsalar da, onları yarıb meyitləri apara biliblər. Sonradan bunu belə əsaslandırıblar ki, guya onlar Səlyan kazarmasında atışma zamanı öldürülən “hərbiçilərdir”. Baxmayaraq ki, Azərbaycan dinc sakinləri ruslara atəş açılmayıb və rus-erməni və muzdulardan ibarət dəstə əliyalın insanlara qarşı hücuma keçiblər
Zaur Əliyev, dosent