Goranboyda partlayışda dörd nəfər yaralandı - ADLAR, YENİLƏNİB

2-12-2019, 01:01           
Goranboyda partlayışda dörd nəfər yaralandı -  ADLAR, YENİLƏNİB
Goranboyda evdə baş verən partlayışda yanıq xəsarətləri alan şəxslərin adları məlum olub.

Teref.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar 2008-ci il təvəllüdlü Tahir Əhmədov, 2010-cu il təvəllüdlü Məftun Əhmədov və 2016-cı il təvəllüdlü Cahid Əhmədovdur.

Xəsarət alan üç qardaşa üz, qarın və digər bədən nahiyələrində 1-ci, 2-ci dərəcəli çoxsaylı yanıq diaqnozu qoyulub. Durumları ağır olaraq qiymətləndirilir.

T.Əhmədovun vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, ailənin partlayış baş verən mənzildə kirayə yaşadığı bildirilir.

***

Goranboy rayonunda yaşayış evində partlayış baş verib.

Modern.az xəbər verir ki, partlayış nəticəsində üçü azyaşlı olmaqla dörd nəfər yanıq xəsarətləri alıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.