Bakıda daha bir 200 manatlıq əskinas saxtakarlığı ortaya çıxıb

2-12-2019, 19:20           
Bakıda daha bir 200 manatlıq əskinas saxtakarlığı ortaya çıxıb
Azərbaycanda ən böyük əskinas nominalı olan 200 manatlığın təzəlikcə dövriyəyə buraxılmasına baxmayaraq, dələduzlar artıq onu saxtalaşdırmağa cəhd ediblər. Bakının Binəqədi rayonunda saxta əskinasla bağlı ikinci hadisə qeydə alınıb.

Oxu.Az hüquq-mühafizə orqanlarına istinadla bildirir ki, Binəqədi rayonunun 4-cü Polis Bölməsinə 1993-cü il təvəllüdlü Əsəd Cəfərli müraciət edib.

Gəncin sözlərinə görə, o, Binəqədi şossesində mağazada satıcı işləyir. Ə.Cəfərli bildirib ki, naməlum alıcı onunla 200 manatlıq əskinas vasitəsilə hesablaşıb.

Pulun saxta olduğunu satıcı sonradan, əskinasa diqqət edəndə anlayıb. Bu müddətdə həmin şəxs aradan çıxıb.

Faktla bağlı istintaqa başlanılıb. Əməliyyatçılar dələduzun kimliyini müəyyənləşdirməyə çalışırlar













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.