Kanadada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

3-12-2019, 07:42           
Kanadada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
Kanadanın Alberta əyalətində, Smoki-Leyk şəhəri yaxınlığında məktəb avtobusu və avtokranın toqquşması nəticəsində üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə məlumat “CBC” telekanalında yayımlanıb.

Qəza zamanı avtobusda sürücü ilə yanaşı 14 ibtidai və yuxarı sinif şagirdləri olub. Üç uşaq, o cümlədən iki yeniyetmə ağır vəziyyətdə helikopterlə Smoki-Leykdən 115 km şimal-şərqdə yerləşən Edmonton Uşaq Xəstəxanasına aparılıb. Qalan uşaqlar və nəqliyyat vasitələrinin sürücüləri ciddi xəsarət almayıblar.

Polis qəzanın səbəblərini araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru