22-ci mərtəbədən yıxılan fəhlə sağ qaldı – Video

31-12-2019, 10:34           
22-ci mərtəbədən yıxılan fəhlə sağ qaldı – Video
Çinin Quyçjo şəhərində 22-ci mərtəbədən yıxılan fəhlə möcüzəvi şəkildə sağ qalıb.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, otuzuncu mərtəbədə işləyən fəhlə lift boşluğuna yıxılıb.

Liftin qapısı açılanda heç bir şeydən şübhələnməyərək içəri girib. Lakin lift gəlmədiyindən, sadəcə qapı açıldığından, o, şaxtaya yuvarlanıb.

22-ci mərtəbədən aşağı uçan fəhlə son anda metal kabeli tuta bilib. Xoşbəxtlikdən əlində əlcək, cibində əlaqə vasitəsi olub. Buna görə xilasedicilərlə əlaqə qurmağı bacarıb.

20 dəqiqə sonra onun həyatını xilas etmək mümkün olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru