Mərhum akademik Cəlal Əliyevə yaxınlığı ilə tanınan sabiq icra başçısı vəfat edib

4-01-2020, 08:05           
Mərhum akademik Cəlal Əliyevə yaxınlığı ilə tanınan sabiq icra başçısı vəfat edib
Azərbaycanda sabiq icra başçısı vəfat edib.

“Report”un məlumatına görə, Saatlı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əhmədov Gülhüseyn Əliəhməd oğlu bu gün dünyasını dəyişib.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Gülhüseyn Əhmədov 1993 -2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

2005-ci ildə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən millət vəkili seçilib. O, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Aktualinfo.org xatırladır ki, Gülhüseyn Əhmədov vaxtı ilə akadamik Cəlal Əliyevə yaxınlığı ilə tanınan simalardan biri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru