Altı aydan çoxdur ki, ölənlər morqda saxlanılır

24-11-2020, 07:17           
Altı aydan çoxdur ki, ölənlər morqda saxlanılır
ABŞ-ın Nyu-York şəhərində koronavirusdan vəfat etmiş təxminən 650 şəxsin cəsədi yaz mövsümündən bəri morqlarda saxlanılır.

Bu barədə “The Wall Street Journal” dərgisi məlumat yayıb. Mənbə yazır ki, ölənlərin çoxunun cəsədləri qohumları tapılmadığından və ya dəfn üçün ödəniş edilmədiyindən hələ də orada saxlanılır.

Qeyd olunur ki, məhkəmə tibbi ekspertləri mərhumların yaxınlarını axtarmağa davam edirlər. /Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.