Qazaxıstanda zorlandıqdan sonra onuncu mərtəbədən atılan qız sağ qaldı

17-08-2022, 09:04           
Qazaxıstanda zorlandıqdan sonra onuncu mərtəbədən atılan qız sağ qaldı
Qazaxıstanda Gənclər Evinin 16 yaşlı şagirdi zorlandıqdan sonra onuncu mərtəbənin pəncərəsindən özünü atıb.

Lakin yeniyetmə sağ qalıb. Zərərçəkən hazırda xəstəxanadadır.

Qızın yetim olduğu, 2009-cu ildən müxtəlif uşaq evlərində və sığınacaqlarda yaşadığı bildirilib.

Yeniyetməni bacısının sinif yoldaşı aldadaraq öz evinə aparıb və dostları ilə birlikdə zorlayıb.

Hazırda yeniyetmə reanimasiyadadır. Onun onurğası sınıb və daxili orqanları zədələnib. Qız dörd əməliyyat keçirib. Onu daha bir neçə əməliyyatın gözlədiyi qeyd olunub.

Hadisəni şərh edən Pavlodar vilayəti Polis İdarəsinin mətbuat xidməti bildirib ki, zorlamada şübhəli bilinən şəxslər artıq saxlanılıb, iş idarə rəhbərliyinin xüsusi nəzarətindədir. Zorlama faktı üzrə ibtidai araşdırmalar aparılır, bir sıra zəruri ekspertizalar təyin edilib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru