Antarktidada 85 yeni gizli göl aşkarlanıb

Bu gün, 17:44           
Antarktidada 85 yeni gizli göl aşkarlanıb
Antarktida buzlaqlarının dərinliklərində alimlər 85 yeni gizli göl kəşf ediblər. Bununla da qitədə məlum olan aktiv göllərin sayı 231-ə çatıb.

Bu barədə PHYS.org məlumat yayıb. Bildirilir ki, kəşf Avropa Kosmik Agentliyinin "CryoSat" peykindən 10 il ərzində toplanmış məlumatlar əsasında mümkün olub.

Alimlər buzlaqların qalxıb-enmə hərəkətlərini izləyərək göllərin dolub-boşalma proseslərini müşahidə ediblər.

Tədqiqat nəticələri göstərib ki, Antarktidanın su sistemi əvvəllər güman olunandan daha dinamikdir. Bu göllərin fəaliyyəti buzlaqların hərəkətinə, okean dövriyyəsinə və hətta dünya okeanının səviyyəsinə təsir edə bilər.

Mütəxəssislər hesab edirlər ki, belə müşahidələr iqlim modellərində buzlaqların gələcək sabitliyini proqnozlaşdırmaq üçün mühüm əhəmiyyət daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru