“Qanun”da nə baş verir? - Əlavə polislər gətirildi+Foto

12-06-2016, 14:08           

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib.

“Qafqazinfo”nun məlumatına görə, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu səhər binanın ətrafına əlavə qırmızı təhlükəsizlik lentlərinin çəkildiyini bildirib:

“Nəşriyyat ətrafında bu səhər lentlər çəkildi, əlavə polis qüvvələri cəlb olunub”.

Xatırladaq ki, polislər nəşriyyata gəlmək səbəbi kimi binaya bomba qoyulması barədə məlumat daxil olduğunu göstəriblər. Lakin Şahbaz Xuduoğlunun bildirdiyinə görə, axtarış aparmaq üçün hər hansı sənəd təqdim etmədiklərindən onlar binaya buraxılmayıblar.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.