Astara gömrüyündə qalmaqal

13-06-2016, 00:17           

Masallı rayon sakini, 2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü Elnur Ağayev Gununsesi.info-ya şikayət məktubu ünvanlayıb. Vətəndaş öz məktubunda Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən məruz qaldığı qeyri-qanuni və qeyri-etik hərəkətlərdən bəhs edir.
“Mən 10 gün öncə DGK-nin Astara sərhəd-keçid məntəqəsində İran İslam respublikasından vətənə geri dönərkən şəxsi istifadəm üçün qanunla icazə verilən həddə ərzaq və qeyri-ərzaq məhsulları gətirərkən , şəxsi istifadəm üçün qanunla nəzər tutulmuş sayda siqaret gətirdim. Amma yoxlanılarkən Astara gömrük əməkdaşları tərəfindən gətirdiyim 3 kq qeyri-ərzaq, 2 kq ərzaq və 3 blok siqaret, habelə sənədlərim zor gücünə məndən alındı.
Hətta həmin gün mən Astara Gömrük əməkdaşı mayor Hamil (soyadını bilmirəm) tərəfindən təhqir və təzyiqlərə məruz qaldım.Astara Gömrük rəisinin qəbulunda olandan sonra rəisin verdiyi tapşırığa baxmayaraq, Hamil adlı işçi mənim sənədimi üzümə çırpsa da şəxsi istifadəm üçün gətirdiyim ərzaq və qeyri-ərzaq məhsullarını az miqdarda mənə geri verdi. Sizə yazmaqda məqsədim budur ki,başıma gəlmiş olayla bağlı mənə imkanınız daxilində kömək edəsiniz.
Onu da qeyd edim ki, mən Astara gömrük sahəsində təhqir və təzyiqlərə məruz qaldıqdan sonra sizdən şikayət edəcəyəm dedim. Onlar isə mənə cavabında hara istəyirsən şikayət et, istəyirsən get prezidentə denən. Hadisə ilə bağlı DGK-nin sədrinə online müraciət etdim”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.