Bakıda maskalı şəxslər evə basqın edərək külli miqdarda pul və qızıl aparıblar
13-06-2016, 14:17
Bakıda yaşayış evinə basqın olub.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Firəngiz Musayevanın yaşadığı evə daxil olan 3 maskalı və silahlı şəxs ev sahibəsinin əl və ayaqlarını yapışqanla bağlayaraq, pul tələb ediblər. Onlar evdən külli miqdarda pul və qızıl zinət əşyaları aparıblar.
F. Musayeva xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq əməlini törədən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri – Emil, Elnur və Elçin adlı şəxslər saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.