Azərbaycanda bank 5 milyondan çox zərərə düşüb

13-06-2016, 14:19           
Azərbaycanda bank 5 milyondan çox zərərə düşüb
“Amrahbank” ASC ötən ili 5,518 mln. manat zərərlə başa vurub. Dia.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə bankın 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı auditini aparan “Grant Thornton” şirkəti açıqlayıb. Ötən il “Amrahbank”ın faiz gəlirləri 27,047 mln. manat, faiz xərcləri isə 11,857 mln. manat olub ki, xalis faiz mənfəəti isə 15,190 mln. manata bərabər olub.

31 dekabr 2015-ci il tarixinə görə, bankın cəmi aktivləri 301 mln. 348 min manat təşkil edib. Bir ildə bu göstərici 98 min. 28 min manat və ya 32,61% artıb. Hesabat dövründə, bankın məcmu kapitalı 44 mln. 18 min manata bərabər olub. Bankın cəmi kapitalı 2014-cü illə müqayisədə 5 mln. 52min manat və ya 12,54% azalıb. Bununla yanaşı, hesabat ilində "Amrahbank"ın haqq və komissiya gəlirləri 1,803 mln. manat olub ki, əvvəlki il ilə müqayisədə 39% azalma deməkdir. Qeyri-faiz xərcləri isə illik müqayisədə 54 min manat və ya 10% azalaraq 484 min manata enib.

Ötən il Bankın inzibatı və digər əməliyyat xərcləri isə 2014-cü ilə nisbətən 2,522 mln. manat yaxud 17,25% artaraq 17,146 mln. manata yüksəlib. Qeyd edək ki, "Amrahbank" 2014-cü ilin yekununda 1,289 mn. manat mənfəət əldə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.