Azərbaycanlı avtoritet təcridxanada gizlədilir - Lotu Quliyə görə

23-06-2016, 12:41           
Azərbaycanlı avtoritet təcridxanada gizlədilir - Lotu Quliyə görə
Rusiya İstintaq Komitəsində Zayka ləqəbli nüfuzlu azərbaycanlı avtoritet Zaur Əliyevlə bağlı aparılan istintaq başa çatıb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Əliyevə yaxın olan şəxslər bildiriblər ki, onun həbsi “vorzakon” Nadir Səlifovla (Lotu Quli) arasında yaşanan münaqişə ilə əlaqəlidir. Daha əvvəl Qulinin adamları tərəfindən döyülən Zayka hazırda təhlükəsizlk məqsədi ilə təcridxananın xüsusi bölməsində, gücləndirilmiş mühafizə altında gizlədilir.

“Rosbalt”a hüquq-mühafizə orqanlarından olan mənbənin verdiyi məlumata görə, Zaykaya qarşı “qəsb”, “insan oğurluğu”, “soyğun”, “qanunsuz silah saxlama”, “quldurluq” maddələri ilə ittihamlarlar irəli sürülüb. Onun adı 3 biznesmeni qaçırmaq, onların ailələrindən şantajla pul almaqda hallanır. Lakin Zaur bütün ittihamları rədd edir. Ona yaxın şəxslər isə bildirirlər ki, bütün bunlar Lotu Quliyə görə baş verir. Belə ki, zərərçəkən olaraq göstərilən biznesmenlər əslində “qanuni oğru”ya yaxın adamlardır və Zaura şər ata bilərlər.

Qeyd edək ki, Zaur Əliyev saxlanıldığı təcridxanada daha əvvəl Qulinin 30-a yaxın adamları tərəfindən döyülmüşdü. Döyülmə prosesi Skype vasitəsi ilə Lotu Quliyə canlı izlədilib. Ondan üzr istəməsi tələb olunsa da, Zaur hamilə həyat yoldaşı ilə təhdid edildikdən sonra üzr istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.