Antarktidada qarpız yetişdirilib

3-08-2023, 14:54           
Antarktidada qarpız yetişdirilib
Rusiyanın Antarktidada yerləşən “Vostok” elmi stansiyasında qarpız yetişdirilib.

Qeyd olunur ki, “Vostok” stansiyasında çalışan alimlər uzun illərdir ki, son dərəcə aşağı temperaturda tədqiqatlar aparırlar.

Mütəxəssislər buz təbəqələrini öyrənir, həmçinin meteorologiya, geofizika, biologiya və astronomiya sahəsində işlər aparırlar.

Qütb stansiyası dəniz səviyyəsindən 3 488 metr yüksəklikdə yerləşir, qışda burada havanın temperaturu mənfi 80 dərəcəyə qədər enir.
Hətta belə şəraitdə alimlər qarpız kimi istiliksevər bir bitki yetişdirməyə və bir neçə yetişmiş meyvə əldə etməyə nail olublar.

Qeyd edilir ki, Antarktidada yetişdirilən qarpızın diametri cəmi 13 santimetr, çəkisi isə bir kiloqrama yaxın olub.

Mənbə: New-science.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru