Qızı saçının rənginə görə döyüb fəvvarəyə atdılar - VİDEO

4-08-2023, 00:05           
Qızı saçının rənginə görə döyüb fəvvarəyə atdılar - VİDEO
Rusiyanın Kamensk-Uralski bölgəsində 18 yaşlı qıza saç rənginə görə hücum ediblər.
Teref.az bildirir ki, bir kişi gənc qıza hücum etdikdən sonra onu fəvvarəyə atıb.

Məlumata görə, fəvvarələr meydanında oturan kişi küçədən keçən qızın görkəmini, xüsusən də saç rəngini bəyənməyib. Buna görə də qıza yaxınlaşaraq onu narahat edib. Daha sonra qızı döyüb, hətta əlindəki yeməyi də üstünə töküb.

Ətrafdakılar əvvəlcə məsələyə müdaxilə etməsələr də, sonra qıza kömək ediblər. Hadisə ilə bağlı polisə müraciət edilib. Hazırda şəhər polisi həmin şəxsin tapılması üçün axtarışlar aparır./lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru