İsveçdə keçirilən "Eritreya" mədəniyyət festivalında Eritreya əleyhdarı nümayişçilərin festivala basqın etməsi nəticəsində 52 nəfər yaralanıb.
32gun.az xəbər verir ki, bu barədə İsveçin “Expressen” qəzetinin məlumat yayıb. Məlumata görə Şərqi Afrika ölkəsi Eritreyaya qarşı minlərlə etirazçı festival ərazisində stendləri və avtomobilləri yandırıb.
Hücum nəticəsində etirazçılardan 100-200 nəfərin saxlanıldığını bildirilib.
Qeyd edək ki, İsveçdə yaşayan minlərlə Eritreyalının qatıldığı festival 1990-cı illərdən bəri hər il keçirilir.