Küçədə azyaşlı yeniyetmələr tərəfindən döyüldü: Polis hərəkətə keçdi - VİDEO

4-08-2023, 14:16           
Küçədə azyaşlı yeniyetmələr tərəfindən döyüldü:
Bakıda marketin qarşısında uşaq döyülüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən aydın olur ki, hadisə avqustun ikisi, axşam saatlarında baş verib.

Belə ki, marketin qarşısında oturan azyaşlıya yaxınlıqdakı yeniyetmələr tərəfindən zorakılıq edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb. Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.
Görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru