Argentinada 6,1 bal maqnitudada zəlzələ olub 5-08-2023, 14:45 Argentinada 6,1 bal maqnitudada zəlzələ baş verib."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Episentri Anatuya şəhərindən 45 km şimal-qərbdə qeydə alınan yeraltı təkanların dərinliyi 592 km olub.Tələfat və dağıntılar barədə məlumat yoxdur.Qeyd edək ki, Anatuya şəhərinin əhalisinin sayı 20,2 min nəfər təşkil edir. Facebook-da paylaş