“İstrinsk rayonunda (Moskva vilayəti – red.) vurulan PUA bizim evimizin yaxınlığındakı küçəyə düşdü. Hava hücumundan müdafiə qüvvələrimizə təşəkkür edirik ki, itki və dağıntı olmadı”.
Bizim.Media xəbər verir ki, bu barədə erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan səhər saatlarında Moskvaya edilən PUA hücumu ilə bağlı teleqram kanalında bildirib.
O, iddia edib ki, səhər Moskva vilayətində vurulan iki pilotsuz təyyarədən biri onun evinin yaxınlığına düşüb.
Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvaya səhər saatlarında iki dəfə PUA hücumu olub.