Rus ordusunda çaxnaşma
21-08-2023, 12:58

Rus ordusunda çaxnaşma
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın arxa cəbhəsinə endirdiyi zərbələr rus qoşunlarının əhval-ruhiyyəsini aşağı salır. Bu, cəbhənin bir neçə kritik bölgəsində Rusiyanın müdafiəsinin sabitliyinə təhlükə yaradır.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
ABŞ analitiklərinin fikrincə, Ukrayna ordusunun Rusiyanın arxa cəbhəsinə endirdiyi zərbələr rusların cənubdakı qabaqcıl bölmələrinə sarsıdıcı təsir göstərib. Qeyd olunur ki, həmin bölmələrdən biri məhv edilsə, problemlər sürətlə böyüyə bilər. Ekspertlərin fikrincə, bu, çaxnaşma yarada və digər Rusiya qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilər.
Eyni zamanda, pozulmuş müdafiə xətti vahid sistemin bütövlüyünü təhdid edəcək. Cəbhə xəttində belə bir pozulma Ukrayna ordusunun istifadə edə biləcəyi zəiflik yaradacaq.