“Franklin” tropik qasırğası Haiti və Dominikana yaxınlaşır: Sakinlərə çağırış edildi - FOTO

24-08-2023, 11:16           
“Franklin” tropik qasırğası Haiti və Dominikana yaxınlaşır:
“Franklin” tropik qasırğası Haiti adası və Dominikan Respublikasına yaxınlaşır.

“Franklin”in adanın üzərindən keçəcəyi və 25-38 sm yağıntı, sürüşmə və daşqınlar gətirə biləcəyi gözlənilir.

Qasırğanın içindəki küləyin maksimal sürəti 75 km/saata çatır və o, təxminən 15 km/saat sürətlə adaya doğru hərəkət edir.

Haiti Baş naziri Ariel Anri sakinləri su, qida və dərman ehtiyatları əldə etməyə çağırıb.
Dominikan Respublikasında isə hakimiyyət məktəbləri, dövlət idarələrini və bir neçə hava limanını ən azı 24 saat müddətinə bağlayıb.


Mənbə: “Associated Press”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru