Cenevrədə gəncin “fəvvarə sevgisi” başına bəla açdı
24-08-2023, 12:38
Cenevrədə 20 yaşlı gənc başını məşhur “Je-do” fəvvarəsinin şırnağının altına qoymağa cəhd etdikdən sonra xəstəxanaya yerləşdirilib.
Onun bunu nə məqsədlə etdiyi məlum deyil. Ancaq fəvvarə ilə ünsiyyət qurmaq istəyində əzmkarlığına həsəd aparmaq olar: o, əvvəlcə başını şırnağın altına salıb, sonra onu qucaqlamağa çalışıb, daha sonra isə təzyiqlə vuran su şırnağı onu fəvvarənin yanındakı plitələrə atıb.
Sonra nədənsə o özünü daha əvvəl xilasedicilərin onu çıxartdığı gölə atıb. Zərərçəkmiş Cenevrə Universitet Klinikasına yerləşdirilib, onun vəziyyəti barədə məlumat verilmir.