Azərbaycan Matevosyanı axtarışa verdi

24-08-2023, 18:38           
Azərbaycan Matevosyanı axtarışa verdi
Xəbər verildiyi kimi 1970-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan Matevosyan Karen Eduardi avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Baş prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru