ABŞ-ın neft emalı zavodunda yanğın baş verib, təxliyə elan edilib 26-08-2023, 00:07 ABŞ-ın Luiziana ştatının Qarrivil şəhərindəki "Marathon Petroleum" neft emalı zavodunda güclü yanğın baş verib.Bu barədə APA Fox News telekanalına istinadən xəbər verir.Kanalın məlumatına görə, şəhər hakimiyyəti yanğın yerindən 3 km radiusda yaşayan əhalinin təxliyə edildiyini elan edib.Yanğının söndürülməsi istiqamətində iş aprılır. Facebook-da paylaş