Rumıniyada yanacaqdoldurma məntəqəsində partlayış olub, ölən və yaralananlar var

27-08-2023, 08:14           
Rumıniyada yanacaqdoldurma məntəqəsində partlayış olub, ölən və yaralananlar var
Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb. Səhiyyə naziri Aleksandru Rafilin sözlərinə görə, 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayışlar təhlükəsi qalmaqdadır.

Hakimiyyət orqanları təxminən 300 m radiusda əhalini təxliyə edib və Buxarest istiqamətində güclü tüstünün yayıldığı barədə xəbərdarlıq edib.

Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru