Ohayo ştatında yaşayış binasında beş nəfərin meyiti tapıldı - FOTO

27-08-2023, 10:54           
Ohayo ştatında yaşayış binasında beş nəfərin meyiti tapıldı - FOTO
ABŞ-nin Ohayo ştatının Yuniontaun şəhərində yaşayış binasında beş nəfərdən ibarət ailənin meyiti tapılıb.

Bu barədə Yuniontaun Polis Departamentinin “Facebook” səhifəsində dərc edilmiş açıqlamada məlumat verilib.

“Polislər hadisə yerinə gəldikləri zaman bir ailənin beş üzvünün cəsədini aşkarlayıblar. Bu hadisənin məişət münaqişəsi zəminində baş verdiyi güman edilir”, - deyə məlumatda qeyd edilib.

Baş müstəntiq Harri Kempbellinin sözlərinə görə, onların hamısı çoxsaylı güllə yaralarından ölüb. Ehtimal olunur ki, ailə üzvlərindən biri digərlərini öldürüb, sonra isə intihar edib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru