Naxçıvandakı həbsə DİN-dən Reaksiya

27-08-2023, 12:41           
Naxçıvandakı həbsə DİN-dən Reaksiya
Naxçıvanda yeni fəaliyyətə başlamış *8777 taksi şirkətinin muxtar respublika üzrə təmsilçisi olduğu deyilən V. Babayev həbs olunub.
Sosial şəbəkələrdə bu həbsin, şirkəti sıxışdırıb muxtar respublikadakı fəaliyyətini sonlandırmaq üçün təzyiq vasitəsi olduğu iddiası yayılıb.
Ötən gün Naxçıvan MR DİN-in mətbuat xidməti məsələ ilə bağlı məlumat yayıb.
Bildirilib ki, V.Babayev barəsində daxil olan çoxsaylı müraciətlər əsasında onun digər taksi sürücülərinə qarşı qeyri-qanuni hərəkətlər törətməsi müəyyən edilib.
“Fəaliyyət sahəsi üzrə zəng qəbul edib yönəltdiyi taksi sürücülərinin şikayətləri əsasında onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə onun barəsində 25 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub”, - məlumatda deyilir.
Qeyd olunub ki, həmçinin şirkətin rəhbəri Həsrət Paşayevin Naxçıvanda fəaliyyət göstərən taksi sürücülərini təhdid etməsi ilə bağlı əlavə müraciətlər də daxil olub:
“Sürücülər həmin səsli təhdid ismarışlarını polis orqanına təqdim ediblər. Hazırda araşdırmalar davam etdirilir”.
Yeniavaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru