ABŞ Hərbi Hava Qüvvələri Somalidə 13 silahlını məhv edib

28-08-2023, 09:08           
ABŞ Hərbi Hava Qüvvələri Somalidə 13 silahlını məhv edib
ABŞ-ın Afrika Komandanlığı Somali hökumətinin müraciəti ilə ölkənin cənubunda “Aş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirməsinə icazə verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Afrika Komandanlığının rəsmi saytında yerləşdirilib.

Məlumata görə, əməliyyat nəticəsində 13 yaraqlı məhv edilib.

"Zərbə avqustun 26-da Kismayo şəhərindən 45 km şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib", - komandanlığın məlumatında deyilir. Mülki əhali arasında zərərçəkən yoxdur.

“Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər yaraqlısı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru