ABŞ-də tutuquşu ilə qarət - VİDEO

28-08-2023, 12:28           
ABŞ-də tutuquşu ilə qarət - VİDEO
ABŞ-nin Virciniya ştatında baş verən qarət hadisəsi müzakirələrə səbəb olub.

Belə ki, çiynində üç tutuquşu olan kişi kafeyə daxil olaraq satıcını bıçağa oxşar alətlə hədələyib və kassada olan pulları götürərək hadisə yerindən uzaqlaşıb.

Hadisə anbaan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Yerli sakinlər ehtimal edirlər ki, cinayətkar quşları özü ilə ona görə gəzdirib ki, şahidlər onun xüsusi əlamətlərini xatırlamasınlar.
Hazırda cinayətkarın tutulması istiqamətində axtarışlar aparılır.

Mənbə: Fox News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru